
Meksikada təxminən 250 sərnişini daşıyan qatarın relsdən çıxması ilə nəticələnən ağır qəza baş verib.
Qanunv.az xəbər verir ki, hadisə nəticəsində ən azı 13 nəfər həyatını itirib, 98 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, qatar Meksikanın cənub bölgələrindən birində hərəkətdə olarkən naməlum səbəbdən relsdən çıxıb. Hadisə yerinə polis, xilasedici qüvvələr və müvafiq qurumların nümayəndələri cəlb olunub.
Qəzanın başvermə səbəbləri araşdırılır, rəsmi qurumlar hadisə ilə bağlı geniş istintaqa başlayıb.





