
Türkiyənin şimal-qərb bölgəsində, Yalova vilayətində İŞİD terror təşkilatının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş vermiş qarşıdurmada yeddi polis əməkdaşı xəsarət alıb.
Məlumata görə, polis qüvvələri Yalova şəhəri yaxınlığında terrorçuların gizləndiyi ehtimal olunan evə reyd keçirib. Əməliyyat zamanı silahlı toqquşma yaranıb.
Xəsarət alan polis əməkdaşlarının vəziyyətinin hazırda kritik olmadığı bildirilir. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilir.





