
Əfsanəvi “Karvan” qrupunun yaradıcısı, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova 70 yaşında vəfat edib.
Uzun illər ABŞ-də yaşayan sənətçi bir müddət əvvəl Bakıya qayıtmışdı. Məlumata görə, Sevinc Kərimova son aylarda ağır xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, Sevinc Kərimova bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdu.
Allah rəhmət eləsin.





