
Prezident İlham Əliyev "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanunda dəyişiklik edərək, saytlar və sosial şəbəkələrdə cəmiyyətə açıqca hörmətsizlik hərəkətlərini qadağan edib.
Dəyişikliyə əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, əxlaqsız ifadələr səsləndirən və ya belə məzmun təəssüratı yaradan jestlərin, həmçinin bədən hissələrinin insan əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yayılması qadağan edilir.
Qanun bu sahədə məsuliyyətin artırılmasına və cəmiyyətin mənəvi dəyərlərinin qorunmasına xidmət edəcək.





