• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC yaradılır [xfvalue_red]

7 Eyl, 23 - 15:00

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC yaradılır


Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti yaradılır.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Müəyyən edilsin ki, Cəmiyyət silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirir, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək. Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 (üç) üzvdən ibarət Müşahidə Şurası yaradılacaq.

Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi baş direktor həyata keçirir.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsi Cəmiyyətin tabeliyinə verilib.

Cəmiyyətdə ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:

Cəmiyyətin yenidən təşkili və ləğvi;

Cəmiyyətin Müşahidə Şurasının və icra orqanının yaradılması;

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Cəmiyyətin nizamnaməsinin təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Müşahidə Şurasının rəhbərinin və üzvlərinin, habelə icra orqanının rəhbərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Cəmiyyətin işçilərinin say həddinin və strukturunun müəyyən edilməsi;

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə:

Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

Cəmiyyətin törəmə və asılı cəmiyyətlərinin yaradılmasına razılıq verilməsi;

Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.

Cəmiyyətin Müşahidə Şurasının səlahiyyətləri Cəmiyyətin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək; Cəmiyyətin əməkhaqqı sistemini müəyyən etmək, xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək; Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına dair ümumi yığıncağa təkliflər vermək; Cəmiyyətin fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək; bu Fərmanın 4-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Cəmiyyətin nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etməkdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Cəmiyyətin yaradılması ilə əlaqədar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun və digər normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Cəmiyyətin nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməli, Cəmiyyətin işçilərinin say həddini və strukturunu müəyyən etməli, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin, onun strukturuna daxil olan qurumların və tabeliyində olan hüquqi şəxslərin balansında olan və Cəmiyyətin fəaliyyəti üçün zəruri olan dövlət əmlakının inventarizasiyasını apararaq, həmin dövlət əmlakının Cəmiyyətin balansına verilməsi ilə bağlı beş ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

8. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 9, maddə 740; 2008, № 1, maddə 6; 2009, № 12, maddə 983; 2011, № 2, maddə 85; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 iyul tarixli 2234 nömrəli və 19 avqust tarixli 2308 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

8.1. 10-cu hissəyə “nazirliyin” sözündən əvvəl “, habelə strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.)” sözləri əlavə edilsin;

8.2. 14.4-cü bəndə “tabeliyində” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

8.3. 14.5-ci bəndə “nazirliyin” sözündən əvvəl “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,” sözləri əlavə edilsin;

8.4. 14.6-cı bənddə “Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən siyahıya əsasən müəyyən edilmiş müəssisələr” sözləri “Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar” sözləri ilə əvəz edilsin.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Naxçıvanda yeni qurum YARADILDI
backend
Prezidentdən Şərqi Zəngəzurla bağlı FƏRMAN və SƏRƏNCAM
backend
Azərbaycanda Səhiyyənin Təminat Mərkəzi yaradılır
backend
Mədəniyyət Nazirliyinin tabeliyində yeni qurum yaradıldı - QƏRAR
backend
Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 072

XƏBƏR LENTİ

Qeyri-adi üsulla Avropaya keçmək istədi, həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:218 Ağu
Nikol Paşinyan İlham Əliyevə zəng edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:148 Ağu
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:088 Ağu
“Əhmədli” metrosunun qarşısında küçə ticarətinə müdaxilə edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:568 Ağu
İsmayıllıda ağır yol qəzası: 5 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:438 Ağu
ABŞ-İran arasında atəşkəs bu gün və ya sabah elan oluna bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:368 Ağu
Xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlarda şübhəli bilinən iki nəfər saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:228 Ağu
Mauro İkardi “Qalatasaray”ın vida mərasimindən imtina etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:178 Ağu
Tovuzda qadını qardaşı oğlu öldürüb — hadisənin təfərrüatları məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:558 Ağu
İrfan Davudov Pakistan, Xəzər Fərhadov isə Malayziya səfiri təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:388 Ağu
Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizovun müəllifi olduğu “Siyasi İradə Bütövləşən Azərbaycan” adlı kitab işıq üzü gördü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:207 Ağu
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - Xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:387 Ağu
Cəlilabadda BMW 50 metrlik hündürlükdən aşdı: Yaralıların vəziyyəti açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:287 Ağu
Tailand məktəbində qanlı silahlı hücum: Ölənlərin sayı 7-yə çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:177 Ağu
Rusiya: Ermənistan dəmir yolları ilə bağlı rəsmi müraciət etməyib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:387 Ağu
Pirşağıda yeniyetmə dənizdə batdı – Axtarış-xilasetmə əməliyyatı davam edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:277 Ağu
Zelenski Ceyhun Bayramovu qəbul etdi – Müdafiə və iqtisadi əməkdaşlıq müzakirə olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:207 Ağu
Bakıda taksi sürücüsünün sərnişinləri hədələdiyi iddia olunur – AYNA məhdudiyyət tətbiq etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:087 Ağu
Bakıda yeniyetmənin 1 750 manatlıq "iPhone 16"sını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:277 Ağu
Bu gün Xurşidbanu Natəvanın anım günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:167 Ağu
İlham Əliyev AZAL və ASCO ilə bağlı mühüm fərman imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:597 Ağu
Sevinc İsmayılova – uşaqların inkişafına və keyfiyyətli məktəbəqədər təhsilə dəyər verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:016 Ağu
277 saylı körpələr evi–uşaq bağçası: Gələcəyin sağlam və savadlı nəslinin yetişdiyi nümunəvi təhsil ocağı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:476 Ağu
Ceyhun Bayramov Kiyevdə Andrey Sibiqa ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:396 Ağu
Tərtərdə faciə: Evdə baş verən yanğında ər və arvad həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:346 Ağu
Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:216 Ağu
Ağstafada mağazada bıçaqlanma: Müştəri ürək nahiyəsindən xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:126 Ağu
Çempionlar Liqası: "Sabah" Danimarkada məğlub oldu, cavab oyunu öncəsi ümidlər qalır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:416 Ağu
Bakıda məsciddə yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:316 Ağu
Bakıda ticarət mərkəzində faciə: İşçi lift şaxtasına düşərək həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:196 Ağu
Azərbaycan II Liqasında yeni mövsümün püşkü atıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:096 Ağu
Hikmət Hacıyev: Ermənistan inkişafı üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin əhəmiyyətini anlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:476 Ağu
Ali Məhkəmənin hakimi Şahin Yusifov təntənəli şəkildə təqaüdə yola salınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:196 Ağu
Yaş məhdudiyyətli sosial şəbəkə platformalarına görə yüksək məbləğdə cərimələr müəyyənləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:215 Ağu
Qurban Qurbanov: "Yaxşı nəticə əldə edəcəyimizə inanırıq" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:105 Ağu
Göyçayda onlayn narkotik satışı ilə məşğul olan iki nəfər həbs edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:045 Ağu
Məmmədnağı Əkbərov Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinə sədr müavini təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:515 Ağu
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 17-yə çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:495 Ağu
HHM bölmələrinin istifadəsinə yeni hərbi obyektlər verilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:325 Ağu
Gürcüstan Dəmir Yollarına məxsus qatarlar Azərbaycanda təmir olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:585 Ağu
Abşeronda yanacaqdoldurma məntəqəsində yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:465 Ağu
Rusiyadan beş Azərbaycan vətəndaşı deportasiya edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:345 Ağu
Hörmüz boğazı ilə bağlı İrana yeni razılaşma təklif edilib: Tehran şərtlərini açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:235 Ağu
Dövlətə sədaqəti, peşəkarlığı və xeyirxahlığı ilə seçilən rəhbər – Leysan Məmmədov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:134 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə