
Təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.
Məlumata görə, uzun müddətdir ürək-damar xəstəliyindən əziyyət çəkən İlham İsmayılın səhhətində son günlər müəyyən problemlər yaranıb. Bu səbəbdən o, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.
Hazırda ekspertin vəziyyətinin həkimlər tərəfindən nəzarətdə saxlanıldığı bildirilir.





