
QanunTV.az xəbər verir ki, bu barədə Suriya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı tərəflər Suriyanın birliyinin və müstəqilliyinin qorunmasının vacibliyini vurğulayıb, ölkədə sabitliyin təmin olunmasına yönəlmiş səylərin dəstəklənməsinin əhəmiyyətini təsdiqləyiblər.
Danışıqlar zamanı Suriyanın tərkibində yaşayan kürd əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi xüsusi qeyd olunub.
Bundan başqa, liderlər İŞİD terror təşkilatına qarşı mübarizənin davam etdirilməsi və bu təşkilatdan qaynaqlanan təhlükələrin aradan qaldırılması məsələsində razılığa gəliblər.
Qeyd olunub ki, hər iki tərəf Suriyanı regional və beynəlxalq çağırışlara qarşı dayanıqlı, güclü və vahid bir dövlət kimi görmək istədiklərini ifadə ediblər.





