
Ermənistan Prezidenti Vaaqn Xaçatryan Azərbaycandan malların birbaşa Ermənistana daxil olacağına ümid etdiyini bildirib.
“Report”un Davosa ezam olunan müxbiri xəbər verir ki, Xaçatryan bu açıqlamanı Dünya İqtisadi Forumunun illik iclası çərçivəsində keçirilən panel müzakirəsində verib.
Prezident qeyd edib ki, Azərbaycan və Ermənistan liderləri artıq sülhə nail olmaq üçün siyasi iradə və cəsarət nümayiş etdiriblər. O vurğulayıb ki, bir-iki il əvvəl belə bir vəziyyət inanılmaz görünsə də, bu gün tərəflər münasibətlərin tamamilə yeni mərhələsindədirlər.





