
ABŞ-ın sabiq Prezidenti Donald Tramp sosial media hesabında Qrenlandiyada ABŞ bayrağı sancdığını göstərən bir foto paylaşıb. Şəkildə vitse-prezident JD Vance və dövlət katibi Marco Rubio ilə birlikdə görünən Trampın yanında “GREENLAND — US TERRITORY EST. 2026” (“Qrenlandiya — 2026-cı ildən ABŞ ərazisi”) yazılmış lövhə də yer alır.
Qeyd edək ki, bu paylaşım real hərbi və ya diplomatik “fəth”i əks etdirmir. Qrenlandiya hələ də Danimarkanın muxtar ərazisi olaraq qalır və beynəlxalq hüquq baxımından ABŞ ərazisi deyil. Siyasi şərhçilər bu görüntünü Trampın strateji mesajı və siyasi təşviqat məqsədi kimi qiymətləndirir.
Paylaşım dünya mediasında və sosial mediada ciddi müzakirə və tənqid doğurub, Qrenlandiya rəsmiləri isə onu hörmətsizlik kimi dəyərləndirib.





