
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın da iştirak etdiyi su ehtiyatlarının səmərəli idarə olunmasına yönəlmiş regional layihəni təsdiqləyib.
Layihə çərçivəsində Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da əhatə olunur.
Regional təşəbbüsün əsas məqsədi iştirakçı ölkələr arasında su resurslarının idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi, iqlim dəyişikliklərinin təsirlərinə uyğunlaşma və su təhlükəsizliyinin təmin edilməsidir.
Məlumata görə, layihə su ehtiyatlarının monitorinqi, məlumat mübadiləsi mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də institusional potensialın artırılmasını nəzərdə tutur. ADB-nin dəstəyi ilə həyata keçiriləcək proqram region ölkələrində davamlı inkişaf və ekoloji təhlükəsizliyə töhfə verməyi hədəfləyir.





