
Azərbaycan Respublikasının sabiq dövlət rəsmisi Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsi cəhdlərinə görə ittiham olunur. O, həmçinin xarici dövlət nümayəndələrinə ölkənin dövlət təhlükəsizliyi maraqlarına zidd kömək göstərməkdə suçlanır.
Məhkəmə materiallarına əsasən, Ramiz Mehdiyev 13 oktyabr 2025-ci il tarixinədək cinayət yolu ilə əldə edilmiş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb.
Hazırda araşdırmalar davam etdirilir və hüquq-mühafizə orqanları tərəfindən əlavə tədbirlər görülür.





