
Bakı şəhərində fəaliyyət göstərən 292 nömrəli tam orta ümumtəhsil məktəbi təhsildə keyfiyyət, intizam və yüksək nəticələri ilə seçilən nüfuzlu təhsil ocaqlarından biridir. Məktəbdə şagirdlərin hərtərəfli inkişafı, onların bilikli, vətənpərvər və mənəvi dəyərlərə sadiq şəxsiyyət kimi formalaşması əsas məqsəd kimi müəyyən olunub.
Məktəbin uğurlu fəaliyyətində direktor Minnurə Nuriyeva Abduləzimin rolu xüsusi qeyd olunmalıdır. O, məsuliyyətli, prinsipial və qayğıkeş rəhbər kimi kollektivin hörmətini qazanıb. Onun idarəçilik bacarığı, təhsilə olan həssas yanaşması və yeniliklərə açıq mövqeyi məktəbin inkişafında mühüm rol oynayır.
Minnurə xanım müəllim kollektivi ilə sıx əməkdaşlıq edir, sağlam iş mühiti formalaşdırır və şagirdlərin nailiyyətlərini daim diqqətdə saxlayır. Məktəbdə keçirilən tədbirlər, layihələr və maarifləndirici proqramlar yüksək səviyyədə təşkil olunur, şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasına geniş imkan yaradılır.
292 nömrəli məktəb bu gün öz fəaliyyəti ilə sübut edir ki, güclü rəhbərlik və birlikdə çalışan peşəkar kollektiv uğurun əsas təməlidir. Bu təhsil müəssisəsi gələcəyin savadlı və layiqli gənclərinin yetişdirilməsi istiqamətində inamla və ardıcıl şəkildə fəaliyyət göstərir.
Qanuntv.az
Bəxtiyar Vəliyev





