
Azərbaycan tərəfindən İran İslam Respublikası üçün növbəti humanitar yardım karvanı yola salınır. Yardımın ümumi həcmi 82 ton təşkil edir və müxtəlif istiqamətləri əhatə edir.
Göndərilən humanitar yükün 76 tonunu ərzaq və qida məhsulları təşkil edir. Bundan əlavə, 4 ton dərman vasitələri və 2 ton tibbi ləvazimatlar yardım paketinə daxil edilib.
Humanitar yardım 5 yük avtomobili (TIR) vasitəsilə çatdırılacaq.
Bu addım Azərbaycan ilə İran arasında humanitar əməkdaşlığın davam etdiyini göstərir və ehtiyac duyulan sahələrdə dəstəyin təmin olunmasına xidmət edir.





