
Futzal üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı keçirəcək.
Qanuntv.az federasiyanın mətbuat xidmətinə istinadən bildirir ki, milliyə 18 oyunçu dəvət edilib. Hazırlıq prosesi 23 martdan 26 martadək davam edəcək.
Qapıçılar:
Rövşən Hüseynli (Araz-Naxçıvan)
Cavad Məmmədov (Baku Fire)
Oyunçular:
Tofiq Əliyev, Nihad İsmayılov, Emil Həsənzadə (hamısı Neftçi İK)
Ədalət Ələkbərov, Ülvi Əliyev (Araz-Naxçıvan)
Eldar Zeynalov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Nurlan Məmmədov, Murad Quluzadə, Məhəmməd Abbasov, Həsənəli Rəhimov (hamısı Baku Fire)
Pünhan Qasımov (U-19)
Milli komandamızın hazırlıq toplanışı qarşıdakı turnirlər üçün mühüm sınaq olacaq.





