
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yerləşən qoruqda qaya daşlarının qəsdən məhv edilməsi və zədələnməsi faktı ilə bağlı araşdırmalara başlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən edilərək dərhal dayandırılıb. Araşdırmalar zamanı məlum olub ki, qanunsuz fəaliyyət 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil edilib. Qaya daşlarının yerindən çıxarılması isə 1985-ci il təvəllüdlü Təbriz Orucovun idarə etdiyi texnika vasitəsilə həyata keçirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Ələsgər Cəfərov məsuliyyətə cəlb olunub.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir.





