
Ermənistan parlamentinin sədri Alen Simonyan “Qarabağ” əvəzinə “Artsax” sözünü işlədən jurnalistə sərt cavab verib. Bizim.Media-nın xarici KİV-ə istinadən yaydığı məlumata görə, spiker media nümayəndələrinə bildirib:
"Niyə 'Artsax' deyirsiniz? Bəs kimsə Ermənistanın bəzi ərazilərinə Azərbaycan adları verəndə niyə əsəbiləşirsiniz?"
Simonyandan bir vaxtlar özünün “Artsax” dediyi barədə soruşulduqda, o cavab verib:
"Yanılmışam. O halda, xahiş edirəm, hansısa ölkədə kimsə Yerevanı İrəvan, Sevanı isə başqa cür adlandıranda narahat olmayın."
Jurnalistlərin Sevanın Ermənistan ərazisi olması ilə bağlı şərhlərinə isə spiker əlavə edib:
"Qarabağ da Azərbaycana məxsusdur."





