
Bu gün Azərbaycan ərazisindən tranzit yolu ilə Ermənistana Rusiya buğdası göndəriləcək.
Qatar Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək, daha sonra Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək və oradan Ermənistana istiqamətlənəcək.
Göndəriş Azərbaycanın tranzit imkanlarından istifadə edərək region ölkələri arasında ticarət əlaqələrinin genişləndirilməsində mühüm rol oynayır.





