
Azərbaycanlı voleybol hakimi Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
O, voleybol üzrə 18 yaşadək oğlanlar arasında keçirilən Avropa çempionatının oyunlarını idarə edəcək.
Təcrübəli hakim turnirin ikinci təsnifat mərhələsinin C qrupunun görüşlərində ədaləti qoruyacaq.





