
İsmayıllı rayonunda 11-ci sinif şagirdinin meyiti aşkarlanıb.
Qanuntv.az xəbər verir ki, Dadaşov Furkan Samir oğlunun meyiti rayonun Hacihətəmli kəndində tapılıb.
İlkin məlumata görə, hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.





