
Nazir bildirib ki, Azərbaycan ərazisində aparılan işlər artıq yekun mərhələyə yaxınlaşır. Onun sözlərinə görə, Zəngəzur koridoru ilə bağlı podratçılıq müqaviləsi imzalansa da, tikinti prosesinə hələ başlanılmayıb.
“Düşünürəm ki, yaxın zamanda tikinti işlərinə start veriləcək”, – deyə o qeyd edib.
Uraloğlu əlavə edib ki, Naxçıvan istiqamətində ümumilikdə 180 kilometrlik yol hissəsi mövcuddur. Bu ərazinin bir hissəsi əsaslı təmir olunacaq, digər hissəsi isə yenidən inşa ediləcək.
Nazir həmçinin vurğulayıb ki, Türkiyə tərəfinə aid 224 kilometrlik hissədə tikinti işlərinə artıq başlanılıb.
Qeyd edək ki, Zəngəzur dəhlizi regionda nəqliyyat əlaqələrinin genişlənməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.





