
Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Syerra Leone ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında açıqlamalar verib.
Abbasov bildirib ki, millimiz ilk dəfə Afrika komandası ilə qarşılaşacaq:
“Tanımadığımız rəqiblərlə oynamaq yaxşıdır, futbolçular üçün dəyişiklik olur”.
Baş məşqçi qarşılaşmaya hazırlıqlardan söz açaraq əlavə edib:
“Turnirdə ikinci oyunumuzu keçirəcəyik. Rəqib ilk matçına çıxacağı üçün müəyyən üstünlüyü var. Buna baxmayaraq, evdə azarkeşlərin dəstəyi ilə qalib gəlmək istəyirik. Syerra Leone iki gün əvvəl qarşılaşdığımız Sent Lüsiyadan fərqli rəqibdir, reytinqdə bizdən üstündür. İnanıram ki, ilk matçdakı ciddiyyət və istək bu dəfə daha çox olacaq. Çünki rəqib bunu tələb edir”.





