
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FIFA prezidenti Canni İnfantino və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Məlumata görə, görüş İstanbul şəhərində yerləşən Dolmabağça sarayında baş tutub.
Görüş çərçivəsində FIFA prezidenti Canni İnfantino Türkiyə dövlət başçısına üzərində “Ərdoğan” yazısı və 26 nömrəsi qeyd olunan futbol forması, Dünya Kubokunun surəti və 2026-cı il dünya çempionatının rəsmi topunu hədiyyə edib.
Qəbulda Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak, prezidentin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Akif Çağatay Kılıç və Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu da iştirak ediblər.
Eyni zamanda, Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu dövlət başçısına Türkiyə milli komandasının formasını təqdim edib.







