
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-də yeni kadr təyinatı həyata keçirilib.
Qanuntv.az-ın məlumatına görə, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.
Xatırladaq ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2023-cü ilin dekabr ayında təyin edilmişdi.





