
Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib ki, Avropada mövcud aviasiya yanacağı ehtiyatları təxminən altı həftəlik tələbatı qarşılaya bilər.
Qanuntv.az xəbər verir ki, Birol bu barədə Associated Press agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, İran ətrafında davam edən gərginlik və Hörmüz boğazında mümkün blokada səbəbindən enerji tədarükü ciddi risk altına düşə bilər. Bu vəziyyətin davam etməsi halında aviaşirkətlərin reysləri ləğv etməyə məcbur qalacağı istisna edilmir.
BEA rəhbəri qeyd edib ki, dünya hazırda son illərin ən ciddi enerji böhranlarından biri ilə üz-üzədir. Onun fikrincə, təkcə aviasiya yanacağı deyil, həm də benzin və elektrik enerjisinin qiymətlərində ciddi artım müşahidə oluna bilər.





