
ABŞ Prezidenti Donald Tramp NATO ilə bağlı sərt açıqlaması ilə diqqət çəkib.
Tramp bildirib ki, ABŞ-ın bu hərbi alyansa ehtiyacı yoxdur:
“Bizə kömək edən NATO deyil. Onlara ehtiyacımız yoxdur. Əslində, biz heç vaxt onlara ehtiyac duymayacağıq. Əksinə, onlar bizə möhtacdırlar, çünki kağız pələngdirlər”, – deyə o qeyd edib.
Açıqlama beynəlxalq siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Donald Trump əvvəllər də NATO-nun maliyyələşdirilməsi və üzv ölkələrin öhdəlikləri ilə bağlı oxşar tənqidi fikirlər səsləndirib.
Mövzu hazırda ABŞ–NATO münasibətləri kontekstində gündəmdə qalmaqdadır.





