
Uzun illər itkin kimi qeydiyyatda olan Füzuli rayon sakinlərinin taleyinə aydınlıq gətirilib.
Məlumata görə, aparılan araşdırmalar nəticəsində 33 il əvvəl itkin düşmüş Zaur Sadıqov, Ələddin Həziyev və Rafiq Cəfərovın nəşinin qalıqları müəyyən edilib.
Bildirilib ki, Zaur Sadıqov 1973-cü ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olub və 1993-cü il iyulun 22-də itkin düşüb. Ələddin Həziyev də 1973-cü ildə həmin kənddə doğulub və onun 1993-cü il iyulun 2-də itkin düşdüyü qeyd olunur.
Rafiq Cəfərov isə 1973-cü ildə rayonun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. O, 1993-cü il avqustun 23-də itkin düşmüşdü.
Məlumata əsasən, hər üç şəxsin nəşinin qalıqları mayın 15-də dəfn olunacaq.
Qeyd edək ki, itkin düşmüş şəxslərin taleyinin araşdırılması istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.





