
Azərbaycanda son illər ərzində 400 min ton tutumlu soyuducu anbarların yaradıldığı açıqlanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə danışıb.
Dövlət başçısı bildirib ki, yaradılan soyuducu anbarların mütləq əksəriyyəti güzəştli və azfaizli kreditlər hesabına inşa edilib.
Prezident qeyd edib ki, ölkədə soyuducu anbarların ümumi tutumu 500 min tona çatdırılmalıdır:
“Ancaq soyuducu anbarların tutumu bizdə 500 min ton olmalıdır. Ona görə 100 min ton tutumlu soyuducu anbar infrastrukturu yaradılmalıdır”.





