
Çempionlar Liqasının finalının keçiriləcəyi Budapeştdə bu mövsüm turnirin qrup mərhələsində iştirak edən bütün komandaların formaları şəhərin müxtəlif nöqtələrində nümayiş etdirilir.
Budapeşt şəhərində təşkil olunan bu sərgidə diqqətçəkən məqamlardan biri Azərbaycan təmsilçisi Qarabağ FK klubunun formasının nümayişi olub. Xüsusilə komandanın gənc futbolçusu Nəriman Axundzadənin formasına böyük maraq göstərilib.
Qeyd edək ki, Nəriman Axundzadə hazırda karyerasını ABŞ-nin Columbus Crew klubunda davam etdirir.
Sərgi çərçivəsində müxtəlif Avropa klublarının formaları şəhərin mərkəzi küçələrində və turistlərin sıx olduğu ərazilərdə nümayiş olunur. Azərbaycan təmsilçisinin formasının xüsusi vurğulanması isə azarkeşlər tərəfindən maraqla qarşılanıb.





