
Şəmkirdə təhsil ictimaiyyətinə ağır itki üz verib.
Məlumata görə, Şəmkir şəhərində yerləşən Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinin direktoru Alidə Hüseynova dünyasını dəyişib. Bu barədə mərhumun yaxınları məlumat yayıblar.
Bildirilib ki, Alidə Hüseynova uzun illər sözügedən təhsil müəssisəsinə rəhbərlik edib və pedaqoji fəaliyyət göstərib. Onun vəfatının səbəbi ilə bağlı rəsmi məlumat açıqlanmayıb. Bəzi məlumatlarda isə səhhətində yaranan problemlər səbəbindən həyatını itirdiyi qeyd olunur.
Qanuntv.az kollektivi mərhumun ailəsinə, yaxınlarına və təhsil ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
#Şəmkir #Təhsil #Vəfat #QanunTV





