
Ağdaş rayonunda bədbəxt hadisə baş verib. Bayram günü həyətlərində manqal qalamaq istəyən ana və oğlu ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıblar.
Qanuntv.az xəbər verir ki, hadisə ailə üzvlərinin küləkli havada manqala benzin tökərək od vurması zamanı baş verib. Bu zaman benzin alışaraq partlayış effekti yaradıb.
Nəticədə 1956-cı il təvəllüdlü Ədalət Əliyeva və oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.





