
Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Məlumata görə, sürücü Amil Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda onun nəqliyyat vasitəsindən çıxarılması istiqamətində işlər aparılır.
Faktla bağlı araşdırma aparılır.





