
Niderland rəsmilərindən ibarət nümayəndə heyəti Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycana səfər edəcək.
Qanuntv.az xəbər verir ki, bu barədə Niderlandın diplomatik nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, səfər Bakı Enerji Həftəsinin tədbirlərində iştirak məqsədilə baş tutacaq.
Səfər çərçivəsində nümayəndə heyəti nəqliyyat bağlantıları, energetika və regional əməkdaşlıq məsələlərinə həsr olunmuş bir sıra görüşlər keçirəcək.
Bundan əlavə, dövlət qurumlarının nümayəndələri, Orta Dəhliz çərçivəsində fəaliyyət göstərən Niderland və Azərbaycan logistika şirkətləri ilə görüşlər planlaşdırılır. Nümayəndə heyətinin Qarabağ bölgəsinə səfəri də nəzərdə tutulub.
Diplomatik nümayəndəlikdən bildirilib ki, görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafı və regional layihələr ətrafında fikir mübadiləsi aparılacaq.





