
Gəncə şəhərində azyaşlı uşağın həyatını təhlükəyə atan hadisə baş verib.
Qanuntv.az xəbər verir ki, 1 yaş 6 aylıq körpə nəzarətsiz qalaraq küçəyə çıxıb və yolun hərəkət hissəsinə doğru irəliləyib.
Hadisə zamanı ərazidən keçən sürücülərdən biri vəziyyəti vaxtında görərək avtomobilini saxlayıb. Sürücü körpəni təhlükədən uzaqlaşdıraraq ailəsinə təhvil verib.
Baş verənlər ərazidə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb.
Görüntüləri paylaşan körpənin babası nəvəsini xilas edən sürücüyə təşəkkürünü ifadə edib.
Hadisə sosial şəbəkələrdə maraqla qarşılanıb və sürücünün operativ davranışı təqdir olunub.





