
Naxçıvan Muxtar Respublikasında çayda köməksiz vəziyyətdə qalan şəxs Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilib.
Qanuntv.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Arpaçay çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində bir vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə Naxçıvan Muxtar Respublikası FHN-in xilasedici qüvvələri cəlb olunub.
Araşdırma zamanı məlum olub ki, vətəndaş çay yatağında traktorla dib dərinləşdirmə işləri apararkən qəfil baş verən sel nəticəsində həyati təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilərin həyata keçirdiyi operativ tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Elmir Məhərrəm oğlu Cəfərov təhlükəsiz şəkildə xilas edilərək sahilə çıxarılıb.





