
Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Qanuntv.az xəbər verir ki, qəza rayon ərazisində iki VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.
Məlumata görə, hadisə zamanı 2001-ci il təvəllüdlü İ.Namazov, 1962-ci il təvəllüdlü S.Məmmədov və daha bir nəfər müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Həkimlərin ilkin rəyinə əsasən, onların vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.





