
Hacıqabuldan Bakı istiqamətinə gedən magistral yolun kənarında baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat yayıb.
Bildirilib ki, FHN-in yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Qeyd edək ki, hadisə ilə bağlı ilkin məlumatlarda magistral yolun kənarında yerləşən kol-kos və quru ot sahələrinin yandığı bildirilirdi. Güclü külək alovun daha geniş əraziyə yayılmasına şərait yaradıb.
Yanğın nəticəsində magistral yol sıx tüstü ilə örtülüb, bu isə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradıb.
Hazırda ərazidə vəziyyət nəzarət altına alınıb.





