
Azərbaycan milli yığma komandasının 2026-cı il minifutbol üzrə Avropa çempionu olması münasibətilə Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat vəsait ayrılıb.
Qanuntv.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, ayrılan vəsait Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan maliyyələşdiriləcək.
Dövlət başçısının imzaladığı sənədə görə, Maliyyə Nazirliyinə qeyd olunan məbləğin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
Həmçinin Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi həvalə edilib.
Qeyd edək ki, Azərbaycan minifutbol millisi 2026-cı il Avropa çempionatında uğurlu çıxış edərək növbəti dəfə qitə çempionu adına layiq görülüb.





