
ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında İrana məxsus iki pilotsuz uçuş aparatını məhv edib.
Qanuntv.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Komandanlığın açıqlamasında bildirilir ki, ABŞ-nin Yaxın Şərqdə yerləşən qüvvələri beynəlxalq gəmiçiliyə təhlükə yaratdığı iddia edilən İrana məxsus iki zərbə tipli kamikadze pilotsuz uçuş aparatını vurub.
Məlumatda qeyd olunub ki, hadisə Hörmüz boğazında baş verib və əməliyyat beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilib.
Hadisə ilə bağlı İran tərəfinin mövqeyi və ya rəsmi açıqlaması hələlik açıqlanmayıb.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və bölgədə baş verən hərbi insidentlər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.





