
Türkiyənin İstanbul şəhərində mütəşəkkil cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirilib.
İstanbul Polis İdarəsi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində müxtəlif ağır cinayətlərdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Məlumata görə, saxlanılan şəxslər quldurluq, qəsdən adam öldürməyə cəhd, qəsdən xəsarət yetirmə, silahlı hədə-qorxu və ümumi təhlükəsizliyin təhlükə altına salınması kimi cinayət əməllərində iştirak etməkdə şübhəli bilinirlər.
Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı şübhəlilərin şəxsiyyətləri və yaşadıqları ünvanlar müəyyən edilərək onlara qarşı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində ümumilikdə 18 nəfər saxlanılıb. Saxlanılan şəxslər barəsində prosessual tədbirlərin görülməsi məqsədilə İstanbul Polis İdarəsinə aparılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.





