
Argentina millisinin üzvləri İngiltərə yığmasının qapıçısı Cordan Pikforda məxsus su qabını ələ keçiriblər.
Qabın üzərində Argentina futbolçularının mümkün penalti zərbələrini hansı istiqamətə vuracaqları ilə bağlı qeydlərin yer aldığı diqqət çəkib. Bu məqamı görən cənubi amerikalı futbolçular bir araya toplaşaraq qeydləri maraqla incələyiblər.
Həmin anlar kameraların obyektivinə tuş gəlib və qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.
Qeyd edək ki, İngiltərə millisi mümkün penaltilər seriyasına hazırlaşmaq üçün əvvəlcədən xüsusi analizlər aparıb. Lakin qarşılaşmanın penaltilərə getməməsi səbəbindən bu qeydlərdən istifadə olunmayıb.
Sözügedən görüntüləri təqdim edirik.





