Bu gün Azərbaycanın şahmat millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirəcək.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun III turunda Hindistan seçməsi ilə üz-üzə gələcək.
Komanda IV turda Polşanı sınağa çəkəcək.
Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi hazırda dörd xalla B qrupunun lideridir.
Qeyd edək ki, qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.