
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının ilk iclasında çıxışı zamanı Rusiya lideri Vladimir Putin ilə münasibətlərindən danışıb. O bildirib ki, Putinlə çox yaxşı əlaqələrinin olması səbəbindən Ukrayna münaqişəsini tezliklə həll edə biləcəyini düşünürdü:
“Görünür, böhranın həllinin mürəkkəbliyini lazımınca qiymətləndirə bilməmişəm”.
Tramp həmçinin xüsusi elçisi Stiven Uittkoffun işini tərifləyib və Putinlə ilk görüşünün təxminən dörd saat davam etdiyini xatırladıb:
“Zəng etdim və dedim ki, Stiv, vəziyyət necədir? Dedi ki, görüş hələ davam edir. Bir saat keçdi. Yenə zəng etdim və bildirdim ki, Stiv işini bitirəndə mənə zəng etsin, nə baş verdiyini bilmək istəyirəm. Biz bu müharibəyə son qoymaq istəyirik. Putinlə onun ilk görüşü dörd saat davam etdi. Onlar bir-biri ilə yaxşı yola gedirlər”.





