"Hamının danışmaq hüququ var. Birinci dəfə deyil ki, mən çıxışa yazılanda səsə qoyulmaq tələbi qoyulur".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Erkin Qədirli deyib.
"Bu, yalnız mənə görə olmur, başqa hallarda da olur. O səbəbdən də bəzən bizim çıxış etmək imkanımız olmur”, -deyə deputat bildirib.
Spiker Sahibə Qafarova isə qeyd edib ki, bu zalda hələ heç kimin sözü kəsilməyib: “Kim yazılırsa, mən hamıya söz verirəm. Müzakirələr kəsilibsə, hamının razılığı ilə olub. Xahiş edirəm bunu nəzərə alın".