• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Taksidə qiymətlər necə artacaq? [xfvalue_red]

25 Haz, 23 - 11:45

Taksidə qiymətlər necə artacaq?

Son günlər ölkədə müzakirə olunan əsas mövzulardan biri də taksi fəaliyyəti sahəsində qanunvericiliyə gözlənilən dəyişikliklərdir.

“Qafqazinfo”nun məlumatına görə, dəyişikliklərin taksi sahəsində qiymətin kəskin artmasına gətirib çıxaracağını iddia edənlər var. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə qanunverciliyə dəyişikliklə bağlı müzakirələrin birində deyib ki, məqsəd taksilərin sayını deyil, taksi sifarişlərinin sayını azaltmaqdır. Nazir taksi xidməti sahəsində qiymətlərin birmənalı şəkildə artacağını bildirib.

Bəs bütün bunların real əsasları varmı?

Məlum olduğu kimi, hazırda taksi fəaliyyəti ilə məşğul olmaq üçün əsasən avtomobil və mobil telefonun olması kifayət edirsə, yaxın müddətdə bu siyahı xeyli genişlənəcək. Belə ki, taksi fəaliyyətini daşıyıcı buraxılış vəsiqəsi, onun istifadəsində olan nəqliyyat vasitəsinə buraxılış kartı, taksi operatoru isə icazə əsasında davam etdirə biləcək.
Taksidə qiymətlər necə artacaq?

Bundan başqa, onlardan müəyyən sənədlər tələb olunacaq. Bunlar daşıyıcılar üçün avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinlərinin təşkili imkanı barədə sənədlər, sürücülərin narkotikə qarşı tibbi müayinələrinin nəticəsi barədə məlumatlar, sürücülərin hazırlıq kursunu keçməsi və digərləri ilə bağlı olacaq. Taksi sifarişi operatoru üçün tələb olunan sənədlərə isə onların istifadə etdiyi proqramlar barədə məlumatlar, taksi sifarişi xidmətinin göstərilməsi üçün Azərbaycan respublikasının ərazisində yerləşən filial və nümayəndəliyi barədə məlumatlar daxildir.

Həmçinin indiyədək taksi fəaliyyəti ilə məşğul olan şəxslər fərqlənmə nişanı almaqdan yayınırdılarsa, bundan sonra bu, mümkün olmayacaq.

Şübhəsiz ki, tələblərin artması taksi xidmətinin maya dəyərini də artıracaq. Ancaq qiymət artımının hansı səviyyədə ola biləcəyi də maraq doğurur. Əvvəlcə ondan başlayaq ki, buraxılış vəsiqəsi üçün rüsum 7 il ərzində 125 manat, buraxılış kartı üçün isə 7 il ərzində 25 manatdır. Eyni zamanda, taksi operatoru üçün 7 il ərzində 3 min manat dövlət rüsumu müəyyən edilib.
Taksidə qiymətlər necə artacaq?

Fərqlənmə nişanı almaq üçün isə vergi uçotunda durmaq tələb olunur. Fərqlənmə nişanı üçün aylıq ödəniş 9 manat, o cümlədən Bakı şəhərində 18 (2 əmsal tətbiq edilir) manatdır. Bununla yanaşı, sosial sığorta və icbari tibbi sığorta haqqı ödənilir.

Bütün bunlarla yanaşı, taksi minik avtomobilinə qət olunan məsafənin və boşdayanmanın müddətinin uçotunun aparılmasını, gediş haqqının məbləğinin hesablanmasını və bu barədə sərnişinin məlumatlandırılmasını təmin edən fiskal yaddaşlı xüsusi ölçü cihazının (taksometr) tətbiq edilməsi nəzərdə tutulur.

Həmçinin avtonəqliyyat vasitələrinin reysqabağı texniki vəziyyətinin yoxlanılması, sürücülərin tibbi müayinlərdən keçməsi tələbi xərclərə əlavə olunacaq.

Görünən odur ki, taksi fəaliyyəti sahəsində xərclərin kəskin artımı gözlənilmir. Deməli, qiymətin də kəskin artımı üçün əsas yoxdur. Ancaq istənilən halda taksi bazarında qiyməti şərtlərdən asılı olaraq aqreqatorlar müəyyən edir. Aqreqatorlar arasında rəqabətin qiymət müstəvisində aparıldığını nəzərə alanda, vəziyyəti təsəvvür etmək elə də çətin deyil: Məlum məsələdir ki, kəskin qiymət artımı taksi xidmətindən istifadə edənlərin sayının azalmasına, bu da öz növbəsində gəlirlərə təsirini göstərəcək.
Taksidə qiymətlər necə artacaq?

Böyük ehtimalla qiymət artımı özünü daha çox yaxın məsafələrə gedişlərdə göstərəcək. Təsadüfi deyil ki, müzakirələrdə taksi gedişlərinin 60 faizə qədərinin 1,5 -3 km ətrafında olması, bu məsafənin piyada və ya ictimai nəqliyyatla getməyin mümkünlüyü xüsusi vurğulanır. Məsafəsinə uyğun olaraq belə gedişlərin qiyməti də aşağı olduğundan bu istiqamətdə əhəmiyyətli qiymət artımı gözləmək olar. Qiymət artımı belə gedişlərin piyada və ya ictimai nəqliyyatla əvəzlənməsinə, R. Nəbiyevin vurğuladığı məqsədə - taksi sifarişlərinin sayının azalmasına gətirib çıxara bilər. Nəticədə yaxın məsafələrə taksi sifarişinin azalmasını qiymət artımı kompensasiya edə bilər.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov da bu fikirdədir ki, qanunvericilikdə edilən dəyişikliklər taksi qiymətlərinin kəskin artımına gətirib çıxarmayacaq. Ekspert “Qafqazinfo”ya açıqlamasında bunu bir neçə amillə əsaslandırıb. Hazırda taksi qiymətlərinin ucuz olduğu hesab edilsə də, müsahibimiz belə düşünmür: “Birincisi, hazırda taksi qiymətləri ucuz deyil, sadəcə əlçatandır. Bu gün taksi qiymətləri ölkə iqtisadiyyatına, əhalinin gəlirlərinə, ictimai nəqliyyatın qiymətinə mütənasibdir. İkincisi, taksi qiymətləri fiks tariflərlə deyil, dəyişən tariflərlədir. Mövsümə, iqlimə, sutkanın saatlarına görə tariflər dəyişir. İctimai nəqliyyatın digər növlərindən – avtobus və metrodan fərqli olaraq burada qiymət dövlət tərəfindən tənzimlənmir, sırf tələb-təklif əsasında formalaşır”.
Taksidə qiymətlər necə artacaq?

Ekspert deyir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin özü də taksi qiymətlərinin yüksəlməsində heç də maraqlı deyil: “Taksi fəaliyyəti ilə məşğul olan bəzi şəxslər ola bilər ki, bunun əksini istəyirlər. Hər kəs istəyər ki, onun qazancı yüksək olsun. Lakin dövr dəyişib. Taksi artıq “premium” nəqliyyat növü deyil, ictimai nəqliyyatın bir qoludur. İri şəhərlərdə taksi qiyməti artıq hamı üçün əlçatandır. Xüsusən də qeyd etmək lazımdır ki, bu gün taksi fəaliyyətində istifadə olunan avtomobillərin amortizasiya xərcləri də azdır. Əgər əvvəllər mühərrik həcmi orta və böyük olan avtomobillər taksi fəaliyyətində istismar olunurdusa, bu gün amortizasiya və yanacaq xərcləri çox cüzi olan avtomobillər taksi xidmətində istifadə olunur. Ona görə də əgər avtomobilin texniki qulluğuna çəkilən xərclər azdırsa, qiymətlər niyə yüksəlməlidir? Bu baxımdan qanunvericiliyin dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq qiymətlər kəskin yüksəlməyəcək”.

E. Cəfərov bu qənaətdədir ki, Bakı şəhərində ictimai nəqliyyatı tənzimləməli olan qurumlar da qiymət artımında maraqlı deyil: “Belə olan halda Bakı sakinləri və qonaqları yollarda qalacaqlar. Onsuzda saatlarla dayanacaqlarda avtobus gözləyirlər. Marşrut xətlərinə buraxılan avtobusların sayı olduqca azdır.

Xətlərdəki avtobusların 50 faizi müasir sərnişindaşıma tələblərinə cavab vermir. Ona görə də taksilərin qiyməti yüksəlsə, insanlar taksilərdən istifadə etməsə, narazılıqlar yaranacaq. Onlar vaxtında işə və evə çata bilməyəcəklər. Bu zaman ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyəcək. Onsuz da bu gün ictimai nəqliyyatın bərbad vəziyyətdə olması səbəbindən Bakı şəhərinin iqtisadiyyatına xeyli miqdarda maddi ziyan dəyir”.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
"Məqsədimiz taksi xidmətinin səviyyəsini yüksəltməkdir" - Rəşad Nəbiyev
backend
"Gürcüstan qeydiyyatlı avtobusların sərnişindaşıması yolverilməzdir" - Anar Rzayev
backend
Müştəriyə qeyri-etik təkliflər edən taksi sürücüsü həbs OLUNDU
backend
“Bakıda son illər görmədiyimiz tıxaclar olacaq...”
backend
Müharibəyə qarşı çıxan azərbaycanlı Rusiyada GÜLLƏLƏNDİ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 297

XƏBƏR LENTİ

Məsim Kazım oğlu Abadov – elmə, təhsilə və idarəçiliyə dəyərli töhfələr verən ziyalı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2312 Ekm
İlham Əliyev Kambocanın Baş naziri Hun Maneti qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3212 Ekm
Masazır-Novxanı yolunda qəza: ölən şəxslərin kimliyi məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2812 Ekm
Gəncədə 36 yaşlı oğlunu qətlə yetirməkdə şübhəli bilinən ata saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2412 Ekm
Sumqayıtda dəm qazından boğulan şəxsin şəhid qardaşı olduğu məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1912 Ekm
Məhəmmədəli İstamov Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1712 Ekm
Cəmilə Muradlı Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1412 Ekm
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1212 Ekm
Türkiyədə ağır yol qəzası: 11 nəfər ölüb, 27 nəfər yaralanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1112 Ekm
Azərbaycan Milli QHT Forumu məktəblərdə geyim qaydaları ilə bağlı bəyanat yayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0812 Ekm
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiya səddini keçə bilmədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0312 Ekm
Göygöl rayon bələdiyyəsində məsuliyyətli idarəçilik və yerli inkişaf prinsipləri [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1312 Ekm
Göyçayda təhsilin inkişafına töhfə verən məktəb rəhbəri – İlqar Rüstəmov [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2511 Ekm
Vaqif müəllimin fəaliyyət yolu: dövlətə və dövlətçiliyə xidmət, ictimai məsuliyyət və milli dəyərlərə sədaqət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1711 Ekm
Tramp Atlantik və ya Sakit okeanın adını dəyişməyi düşündüyünü açıqlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0311 Ekm
Gəncədə müğənni Daşqın Eldarlı əməliyyatdan sonra vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5811 Ekm
Azərbaycan millisi Avstriyanı 4:0 hesabı ilə məğlub edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3911 Ekm
Polşada 25 yaşlı azərbaycanlı vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3711 Ekm
Gəncəyə dördüncü raket hücumundan altı il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3611 Ekm
Şahbaz Şərif İlham Əliyevdən dəstək istədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1011 Ekm
Polkovnik Nofəl Əsədov FHN-də yüksək vəzifəyə təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0711 Ekm
Azərbaycanda LGBT təbliğatına məhdudiyyətlərin tətbiqi müzakirə olunur? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0511 Ekm
Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5911 Ekm
Masazırda yanğın: 4 avtomobilə ziyan dəydi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5111 Ekm
Nailə Sadıqova: təhsildə məsuliyyət, idarəçilik və valideyn məmnuniyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2210 Ekm
Cəlilabad rayonunda təhsilə məsuliyyətli yanaşma: Xalidə Hüseynovanın rəhbərliyi valideynlərin razılığı ilə diqqət çəkir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1510 Ekm
Gülarə Ağayevanın rəhbərlik etdiyi uşaq bağçası: gələcəyin təməli uşaqlıqdan qoyulur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0610 Ekm
İmişli rayonunun Çahar kənd məktəbi: peşəkar idarəçilik, pedaqoji məsuliyyət və təhsilin inkişafına xidmət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4810 Ekm
“Smart Education” bağçalar şəbəkəsi: müasir məktəbəqədər təhsilin keyfiyyətinə və uşaqların hərtərəfli inkişafına yönələn idarəçilik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4210 Ekm
Tovuzda ildırım səbəbindən evdə yanğın baş verdi – Ev sahibi zəhərləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0410 Ekm
TƏBİB-də yeni təyinat olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0110 Ekm
Bakıda 10 küçə və prospektdə nəqliyyatın hərəkəti müvəqqəti tənzimlənəcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5810 Ekm
Mingəçevirdə tanınmış həkim-qastroenteroloq vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5110 Ekm
Abşeronda yaşayış kompleksində baş verən yanğın söndürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:4810 Ekm
Ər-Riyad hava limanına raket hücumu: Səudiyyə Ərəbistanının pilotu həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3610 Ekm
İlham Əliyev: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:2310 Ekm
Türkmənistanda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0310 Ekm
2026-cı il Nobel Sülh Mükafatının qalibi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0110 Ekm
İlham Əliyev “Avaza” Kompleksində Azərbaycan milli stendi ilə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5910 Ekm
Zaminə Mehtiyeva – təhsilin keyfiyyətinə, idarəetmə mədəniyyətinə və məsuliyyətli rəhbərlik prinsipinə önəm verən direktor [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:069 Ekm
İsmayıl Əvəzov – dövlətə xidmətin, idarəçilik mədəniyyətinin və peşəkar məsuliyyətin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:239 Ekm
Ermənistanda hərbi xidmətə çağırış yaşı 32-yə qaldırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:009 Ekm
Romario Ronaldunun səhvini açıqladı: “Daha əvvəl ona belə deməli idi” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:599 Ekm
ABŞ-də Nikolas Maduro və həyat yoldaşına qarşı yeni ittihamlar irəli sürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:529 Ekm
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə