Əməkdar artist Rühəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişinə gələrək, düzəltdiyi güzgüləri 300 manat dəyərində satışa çıxarıb. Müğənni Mənzurə Musayeva güzgülərin birini almaq niyyəti ilə proqramın canlı efirinə zəng edib. Güzgünün 300 manat olduğunu bilən Musayeva dəstəyi asıb və telefonu söndürüb.
Verilişin aparıcısı Elgiz Əkbər Mənzurənin bu hərəkətindən qəzəblənərək, onu sərt şəkildə tənqid edib: “Mənzurə çox zəngin qadındır. Özü bu verilişdə olanda söyləyib. Yenə də özünə qismət olsun. Bir az da bol olsun. Heç olmasa, yalandan da olsa deyərdin ki, “rayondan toydan gəlim alaram o güzgünü”. Mən sənə zorla güzgü satası deyiləm".
Elgiz Mənzurənin bu davranışına görə ondan incidiyini və müğənnini bağışlamayacağını açıqlayıb: “Amma Mənzurə bu gün çox böyük hörmətsizlik elədi. Mən ona bu hörmətsizliyi bağışlamayacağam. Mənzurə, səni bu gündən yazdım "qara siyahıma". Sən sən ol, mən də mən. Mən çox ciddiyəm. 300 manat nə olan şeydir? Dünyanın malı dünyada qalır. 7 yetimlə bir dərədə qalmamısan. Mən bir insan kimi sənin bu hərəkətindən çox qırıldım".