• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Jurnalistlərdən De Byaziyə CAVAB: "Özünü italyan xuliqan kimi..." [xfvalue_red]

20 Kas, 23 - 17:54

Jurnalistlərdən De Byaziyə CAVAB: "Özünü italyan xuliqan kimi..."


Futbol üzrə Azərbaycan millisinin Belçika millisinə 0:5 hesabı ilə məğlub olduğu oyundan sonra keçirilən mətbuat konfransnda Milli komandanın baş məşqçisi Canni De Byazinin yerli media qrumlarının əməkdaşlarına qarşı sərt çıxışı birmənalı qarşılanmayıb.

Onun jurnalistləri "axmaq" adlandırması yerli media əməkdaşlarının narazılığına səbəb olub.

Mövzu ilə bağlı idman jurnalistləri ilə əlaqə saxladı.

Jurnalistlərdən De Byaziyə CAVAB: "Özünü italyan xuliqan kimi..."


İxtiyar Əsgərov: Axmaqlıq iki cür olur, sakit və hay-küylü - Byazi ikinci variantı seçdi

”Matç.az” saytının baş redaktoru İxtiyar Əsgərovun Bakıvaxtı.az-a dediyinə görə. futbolda belə bir deyim var: qalib heyəti dəyişməzlər: “Əgər milli komandamız Bakıda İsveçi 3:0 hesabı ilə məğlub etdiyi görüşdən 3 gün sonra güclü Belçika qarşısına fərqi heyətlə çıxırsa, deməli, problem baş məşqçidədir. Yəni, start heyətində Coşqun Diniyevi uzun müddətdir zədə səbəbindən “Neftçi”də meydana çıxmayan Eddi İsrafilovla əvəzləmək ən böyük axmaqlıq idi ki, bunu da hansısa idman jurnalisti yox, baş məşqçi Canni De Byazi edib. Həmin Eddi ki, rəqibin ikinci qolunu vurmasına şərait yaratdı, sonra da qırmızı vərəqə alıb, komandamızı azlıqda, və darmadağının əsasını qoydu”.

İ.Əsgərov bildirib ki, Belçika FİFA reytinqində beşinci sıradadır, onsuz da kimsə millimizdən qələbə gözləmirdi. Amma 0:5 hesablı məğlubiyyətə görə cavabdeh baş məşqçidir: “Ağıllı, normal mütəxəssis belə ağır məğlubiyyətdən sonra mətbuatın üstünə gəlməz, jurnalistləri axmaq adlandırmaz, oyundan həmən sonra sakitcə üzr istəyərdi. Amma təəssüflər ki, biz əksini gördük.

İtaliyalı mütəxəssisin millimizdən gedəcəyi çoxdan bəlli idi, bunu özü də bilirdi. Son oyunu idi, sakitcə ayrıla bilərdi. Deyirlər, axmaqlıq iki cür olur, sakit və hay-küylü. Byazi də məhz ikinci variantı seçdi”.

Jurnalistlərdən De Byaziyə CAVAB: "Özünü italyan xuliqan kimi..."


Aydın Bağırov: O, 2-3 tənqidi suala tab gətirə bilmir, komanda yaratdığı barədə nağıl uydurur

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov De Byazinin media nümayəndələrinə qarşı qeyri-etik davranışlarının birmənalı olmadığını deyir. O, Bakıvaxtı.az-a İtalyan mütəxəssisin özünü uşaq kimi apardığını vurğulayır: "Görünür, De Byazi indiyə qədər elə güman edirmiş ki, uğursuz nəticələrə görə bunu tənqid yox, mədh etməli imişlər. O, mətbuat konfransında 2-3 tənqidi suala tab gətirə bilmir, komanda yaratdığı barədə nağıl uydurur, elə hey olmayan inkişafdan dəm vurur. Yaşına, statusuna yaraşmayan ifədələrdən istifadə edir. Sanki 67 yaşlı baba yox, hər şeydən küsən məktəbli uşaqmış kimi, acıq edərək son mətbuat konfranslarını yarımçıq tərk edir”.

A.Bağırov bildirib ki, dünən jurnalistlər barədə dedikləri isə onun peşəkar mövqeyinə, tutduğu vəzifəyə uyğun olmayan fikirlərdir: “De Byazi özünü italyan xuliqanı kimi aparmaqdansa, milli komandanın baş məşqçisi olmasının fərqinə varmalıdır".

Jurnalistlərdən De Byaziyə CAVAB: "Özünü italyan xuliqan kimi..."


Sənan Şəfizadə: De Byazi, sən Azərbaycan millisinə dəvət alanda, bilmirdin hansı komandaya gəlirsən?

ATV televiziyasının İdman şöbəsinin redaktoru Sənan Şəfizadə Bakıvaxtı.az-ın əməkdaşı ilə söhbətində De Byazinin bu şəkildə çıxışlarının qəbuledilməz olduğunu deyir: "Canni De Byazinin Azərbaycan mətbuatına belə münasibəti qəbuledilməzdir. De Byazi dediyi o ifadələrlə, sanki, diqqəti başqa məcraya yönəltmək istəyir. Eyni zamanda öz qeyri-peşəkarlığını göstərir. Yığma komandamızın səviyyəsinə deyir ki, "FIAT"dır. Deyir, biz FIAT-la Ferrariyə qalib gələ bilmərik. "Belçika"nı “Ferrari”yə bənzədir. De Byazi, sən Azərbaycan millisinə dəvət alanda, bilmirdin hansı komandaya gəlirsən? Axı sən bilirdin ki, Azərbaycan millisinin vəziyyəti nə yerdədir. Heç kim ona belə bir səlahiyyət verməyib”.

S.Şəfizadə qeyd edib ki, mətbuat sadəcə olaraq öz işini görür. Oyunla bağlı suallar verir: “Mənə maraqlıdır ki, De Byazi əgər jurnalistlərin tənqidlərinə dözmürsə, Türkiyədə, İngiltərədə çalışsa, nə edər? İngiltərə mediası daha sərtdi, daha tənqididir. Bir məğlubiyyətə görə inanılmaz dərəcədə sərt tənqid edirlər. Orada işləsə nə edərdi?"

S.Şəfizadə yerli media qrumlarının De Byazinin milliyə gələrkən etdikləri təxminlərin özünü doğrultduğunu bildirir: "Ondan fərqli olaraq Azərbaycan jurnalistləri işlərini vicdanla görürlər. Azərbaycan idman jurnalistləri ilk gündən dedilər ki, De Byazi Azərbaycan millisinə yeni heç nə gətirməyəcək. Çox təəssüf ki, bu belə də oldu. Mətbuatımız növbəti dəfə haqlı oldu. Heyif De Byazi ilə olan illərə... Heyif De Byazi və onun komandasına, məşqçi heyətinə xərclənən pullara... Sadəcə olaraq De Byazi Azərbaycan millisini beş il də geri atdı”.

Jurnalistlərdən De Byaziyə CAVAB: "Özünü italyan xuliqan kimi..."


Elçin Cəlilov: Byazinin özünü apara bilməməsi, kobud hərəkətləri nəzərə alaraq onunla yollar ayrılmalıdır

"FutbolPress.az" saytının baş redaktoru Elçin Cəlilov da həmkarı ilə eyni fikirdədir. Onun Bakıvaxtı.az-a dediyinə görə, De Byazinin kobud davranışları onun qeyri-peşəkarlığından irəli gəlir: "Bu, onun qeyri-peşəkarlığından xəbər verir. De Byazinin milli komanda inkişaf etməsi haqqında dediyi fikirlər də absurddur. Bu haqda statistik yazılar da var. Milli komanda təsnifat mərhələsində iki dəfə 5:0-lıq məğlubiyyətə uğrayıb. Top fərqinə baxırsan, katostrafikdir. Düşünürəm ki, De Byazi FIAT - Ferrari müqayisəsi edəndə, bilməli idi ki, hara gedir. Özü də yaxşı bilir ki, Ferrari deyil, FİAT imkanları olan komandaya gedir".

E.Cəlilov milli komandanın De Byazi ilə tez bir zamanda yollarını ayırmalı olduğunu bildirir: "Normalda bir ölkə əcnəbi mütəxəssis dəvət edirsə, deməli, daha yaxşı nəticələr əldə etmək istəyir, nəticələrin daha da yaxşılaşdırılmasını istəyir. Amma biz əvvəlki nəticələrimizin yaxşılaşdığını görmürük. Əksinə, De Byazi haqqında tənqidlər həddən artıq çoxdur. Onun özünü apara bilməməsi, kobud hərəkətləri, yuxarıdan aşağı baxması və bu kimi hərəkətləri nəzərə alaraq onunla yollar ayrılmalıdır".(Bakıvaxtı.az)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək
backend
FIFA prezidenti başsağlığı verdi
backend
De Byazidən 0:5 hesablı məğlubiyyətdən sonra qəribə açıqlama: “Əla oyun göstərdik”
backend
“Qarabağ”dan milliyə atmaca - Foto
backend
Azərbaycan yığması Ermənistanı məğlub ETDİ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 256

XƏBƏR LENTİ

Saatlıda məktəbdə özbaşınalıq iddiaları: Azadkənd kənd tam orta məktəbində nə baş verir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1522 Eyl
UFAZ tələbəsi burun əməliyyatından sonra vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3022 Eyl
Göygöldə qadın qətlə yetirildi: Əri şübhəli bilinərək saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2522 Eyl
Ceyhun Bayramov Dünya İqtisadi Liderlərinin qeyri-rəsmi naharında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2222 Eyl
Tahir Gözəl: “Qurban Qurbanov bəzi məqamlarda “Qarabağ”dan ayrılmaq istəyib” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2022 Eyl
Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1822 Eyl
Məhəmməd Salah 6 ay müddətinə sürücülük hüququndan məhrum edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1022 Eyl
Xəzər dənizində zəlzələ baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0722 Eyl
İlham Əliyev FIFA U-15 Dünya çempionatı ilə bağlı viza prosedurlarını sadələşdirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0322 Eyl
Bakıda keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisinin rəsmi cədvəli açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5922 Eyl
Şəhriyar Mustafayev – şəhər təsərrüfatına məsuliyyətli yanaşma və Mingəçevirin abadlığına xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5522 Eyl
Bakıda tanınmış stomatoloq əməliyyatdan sonra vəfat edib – Foto [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5521 Eyl
Gəncə şəhər 34 nömrəli məktəbin direktoru Sevda Rəhimovaya valideynlərdən təqdir: Təhsilə sədaqət və məsuliyyətli rəhbərlik nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1821 Eyl
Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3421 Eyl
Yasamalda tədbir zamanı monitor aşıb, qadın ciddi xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2721 Eyl
Azərbaycanlı cüdoçu dünya çempionu oldu – Foto [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2521 Eyl
Sumqayıtda faciə: Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2121 Eyl
Göygöldə ər həyat yoldaşını qətlə yetirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1821 Eyl
Şabranda Bakı istiqamətində hərəkət edən sərnişin avtobusunda yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1521 Eyl
Maştağada yol təmirinə başlanılıb – Hərəkət məhdudlaşdırıla bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0621 Eyl
Ramin müəllim – peşəkarlığı, məsuliyyəti və rəhbərlik keyfiyyətləri ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0321 Eyl
“Trabzonspor” “Qalatasaray”ı darmadağın etdi – 4:0 [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0820 Eyl
BDYPİ sürücülərə hava şəraiti ilə bağlı müraciət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0420 Eyl
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb – Şəxsiyyət məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:3720 Eyl
Rusiyada ayı hücumu nəticəsində iki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5120 Eyl
Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4820 Eyl
XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat: “Azərbaycanın dövlət suverenliyi əbədidir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4620 Eyl
20 Sentyabr – Azərbaycanın dövlət suverenliyinin bərpa olunduğu gün [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4320 Eyl
Bilgəhdə iki nəfər dənizdə batıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3820 Eyl
Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun ailəsini ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3520 Eyl
Prezident İsgəndər Cavadovu fəxri diplomla təltif etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3220 Eyl
Bakıda bu küçədə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1419 Eyl
Azərbaycanda antiterror tədbirlərinin başlanmasından 3 il ötür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:1119 Eyl
Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0619 Eyl
MİQ müsabiqəsindən sonra 3 minə yaxın vakant müəllim yeri tutulmayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:0219 Eyl
Sumqayıtda avtobus 4 yaşlı uşağı vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5819 Eyl
Yevlaxda ağır yol qəzası: Sürücü avtomobildə sıxılı vəziyyətdə qaldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5419 Eyl
Əməkdar artist və tanınmış diktor Sevda Məmmədzadə vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5219 Eyl
Paşinyan İlham Əliyevə minnətdarlığını bildirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:5019 Eyl
Bakıda daha iki küçədə avtobuslar üçün xüsusi zolaqlar yaradılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:4519 Eyl
Bakıda 13 yaşlı qızla münasibətdə olan 18 yaşlı oğlana 4 il həbs cəzası verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:4319 Eyl
AID Group-la bağlı şikayətlərin sayı artır: Şirkətə 2 min dollar ödəyən şəxs pulunu geri ala bilmədiyini deyir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4518 Eyl
Azərbaycanın ilk sərhədçi generalı İsgəndər Allahverdiyev dəfn edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4318 Eyl
Lənkəranda 16 yaşlı yeniyetmə döyülərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5718 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə