
Bakı Metropoliteni” QSC ötən ili 139,616 milyon manat zərərlə başa vurub.
Qanuntv.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 81,6 % çoxdur.
Diqqəti çəkən zərər artımının QSC-nin sərnişindaşımadan gəlirlərinin yüksəlməsi fonunda baş verməsidir. “Bakı Metropoliteni” 2024-cü ildə 100.647 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 20,6 faiz çoxdur.
Bir məqamı da xatırladaq ki, həmin ildə gedişhaqqı gediş haqqı 50 qəpiyə qaldırılıb və sərnişindaşıma 4,6 faiz artaraq 229,58 milyon nəfərə çatıb.





