• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezident jurnalistləri təbrik etdi [xfvalue_red]

22 Tem, 22 - 11:01

Prezident jurnalistləri təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycanın media nümayəndələrinə təbrik məktubu ünvanlayıb.

Təbrik məktubunu Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən beynəlxalq media forumunda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oxuyub.

Təbrik məktubunda deyilir:

"Hörmətli media nümayəndələri!

Əziz jurnalistlər!

Sizi Azərbaycan milli mətbuatının yaranmasının ildönümü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.

Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızın azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.

XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanda xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş demokratik islahatlar bütün sahələrdə olduğu kimi, milli informasiya resurslarının inkişafında da əsaslı dönüş yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən sistemli tədbirlər nəticəsində Azərbaycan mediası sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynamışdır. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Vətənpərvərlik, yüksək milli şüur, ali məqsədlər uğrunda cəmiyyətimizin səfərbər olunmasına layiqli töhfələr vermiş Azərbaycan jurnalistləri hər zaman prinsipiallıq nümayiş etdirməli, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə Azərbaycanın dövlətçilik maraqlarını uca tutmalı, vətəndaşlarımızın dolğun və düzgün məlumat əldə etmək hüquqlarını təmin etməli, cəmiyyətimizin tərəqqisi naminə var gücləri ilə çalışmalıdırlar.

Əminəm ki, Azərbaycan jurnalistikası əldə olunmuş uğurların inkişaf etdirilməsi, cəmiyyətimizin davamlı tərəqqisi və xalqımızın xoşbəxt gələcəyi üçün bundan sonra da öz səylərini əsirgəməyəcək.

Bir daha peşə bayramınız münasibətilə sizi təbrik edir, hər birinizə cansağlığı və işlərinizdə uğurlar arzulayıram".

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Şuşada beynəlxalq media forumu keçiriləcək
backend
Azərbaycanda Milli Mətbuat Günüdür
backend
Azərbaycan-Türkiyə birliyi bütün sınaqlardan şərəflə çıxıb - Prezident (YENİLƏNİB)
backend
Sakinlərin Ağalı kəndinə köçürülməsinə BAŞLANILIR
backend
İlham Əliyev Ərdoğana zəng edib
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 282

XƏBƏR LENTİ

Hərbçilərin pensiya və əməkhaqqı sistemində dəyişikliklər təklif olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:431 Ekm
İlham Əliyev Böyük Britaniyanın müdafiə üzrə dövlət nazirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:401 Ekm
İlham Əliyev və Mehriban Əliyeva “ADEX 2026” sərgisi ilə tanış olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:361 Ekm
Ombudsmanın aylıq vəzifə maaşı 12 min manat müəyyənləşdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:321 Ekm
Şəmkir rayon Çaparlı kənd ərazi inzibati dairəsinin nümayəndəsi Natiq müəllim — yerli idarəçilikdə məsuliyyət və vətəndaş məmnuniyyətinə xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:4130 Eyl
İdris müəllim – sahibkarlıqda məsuliyyət və peşəkarlıq nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:4830 Eyl
Xaliq Turan – səhiyyə sahəsində peşəkarlıq, məsuliyyət və insan amilini ön planda saxlayan rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1230 Eyl
Məzahir Abdullayev – peşəkarlığı, məsuliyyəti və insan amilinə yüksək dəyəri ilə seçilən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1930 Eyl
İranşəhrdə hərbçilərlə silahlı şəxslər arasında şiddətli toqquşmalar barədə məlumat yayılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1030 Eyl
Alyona Əliyeva Vatikan səfərindən paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0830 Eyl
Qəbiristanlıqdan 96 qızılgül oğurlayan şəxs məhkum edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0530 Eyl
Cəlilabadda elmə məlum olmayan yeni yaşayış məskəni aşkar edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0430 Eyl
Leyla Əliyeva Alyona Əliyeva ilə fotosunu paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0230 Eyl
Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibi ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0030 Eyl
Beyləqanda elektrik yarımstansiyasında yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5730 Eyl
Səhiyyə sahəsində peşəkar idarəçilik və məsuliyyətli rəhbərlik [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5030 Eyl
Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasında Gümüş müəllimənin nümunəvi fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4630 Eyl
Çıraqlı kənd 2 nömrəli tam orta məktəbində tədris və davamiyyətlə bağlı iddialar ciddi araşdırma tələb edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1230 Eyl
Şirvan şəhərində səmərəli idarəçilik və məsuliyyətli fəaliyyət nümunəsi – Ceyhun müəllim [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2929 Eyl
Romada “Harmoniya” sənədli filminin təqdimatı keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5529 Eyl
Həkimdən quduzluqla bağlı vacib çağırış: Heyvan dişləyibsə, vaxt itirməyin [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5129 Eyl
İranın nüvə proqramı ilə bağlı gözlənilməz iddia [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5029 Eyl
Qızılın qiyməti 4 150 dollardan aşağı düşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4429 Eyl
Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4329 Eyl
Naftalan Şəhər İcra Hakimiyyətinə yeni başçı təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4129 Eyl
Şuşada mina partlayışı: Yaralanan var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3929 Eyl
Gəlinini bıçaqlamaqda təqsirləndirilən 72 yaşlı kişi təcridxanada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3729 Eyl
Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək şirkətlərin siyahısı dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3529 Eyl
Ağsuda dağlıq ərazidə yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3229 Eyl
Bakıda dəhşətli hadisə: Ana oğlunu bıçaqlayaraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2629 Eyl
Kiyevə dron hücumu: Azərbaycan vətəndaşı həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0828 Eyl
Azərbaycanda 1 nəfərdə quduzluq qeydə alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0628 Eyl
Bakıda qadın həyat yoldaşı tərəfindən öldürülüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0428 Eyl
Bakıda faciə: zibil daşıyan maşın 84 yaşlı kişini vuraraq öldürüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0228 Eyl
İlham Əliyev bir qrup prokuroru təltif etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0028 Eyl
Ukraynadakı müharibədən zərər çəkən ukraynalı uşaqlar Azərbaycana gətiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5728 Eyl
Tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5528 Eyl
Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2128 Eyl
Kamran Əliyev: Azad edilmiş ərazilərdə prokurorluq orqanlarının fəaliyyəti tam təmin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1828 Eyl
Ərdoğan İlham Əliyevə zəng edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1428 Eyl
Azərbaycanın Mi-17 helikopterlərinə yeni silah sistemi inteqrasiya edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
23:4227 Eyl
Ət bazarı üçün yeni tələblər: fermerləri hansı dəyişikliklər gözləyir? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:3827 Eyl
Azərbaycan millisi Litva ilə heç-heçə etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:3527 Eyl
Ərdoğan: “Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1927 Eyl
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə