• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

“İranın xarici siyasətində buraxılan ciddi səhvlər yaxşı nəsə vəd etmir” [xfvalue_red]

10 Kas, 22 - 18:11

“İranın xarici siyasətində buraxılan ciddi səhvlər yaxşı nəsə vəd etmir”

İranda etiraz aksiyaları daha geniş vüsət almaqdadır. Artıq bu ölkənin elə bir bölgəsi yoxdur ki, son 56 gündə orada aksiyalar keçirilməsin. Buna nümunə kimi İranın Qum, Astara, Marağa, Kirman, İsfahan, Zəncan, Təbriz, Tehran, Sənəndəc, Şiraz, Məşhəd, Qəzvin, Amol, Elam, Gülüstan, Zahidan, Nouşəhr, Gilan, İranın Urmiya, Kərəc, Ekbatan, Rəşt, Naziabad, Fuladşəhr, Fəsa (Fars əyalətində) və bir sıra şəhərlərindəki etiraz aksiyalarını vurğulamaq mümkündür.

Aksiyalarda səslənən şüarlar təkcə İranda tədricən siyasi vəziyyətin gərginləşdiyini ortaya qoymur, eyni zamanda burada xalqın mövcud rejimə olan kəskin münasibətini və başqa məsələləri çılpaqlığı ilə nümayiş etdirir. Etirazçıların hökumət və rejim əleyhinə səsləndirdiyi şüarlara diqqət edək: “Top, tank, fisfişə, axunda gərək yox ola!”, “Xameneyi ölüm!”, “Bəsici, Sepahi, sən bizim İŞİD-miz sənsən!”,“Xameneyi İŞİD rəhbərinin yerinə keçib!”, “İŞİD, Bəsic birləşməyiniz mübarək!”, “Diktatora ölüm!”, “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “Nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi”, Azərbaycan talandı, millət oyan! Amandır!", "Azərbaycan milləti, çəkə bilməz bu zilləti!", “Abırsız sənsən, əxlaqsız sənsən, mən azad qadınam!”, “bəsiciyə ölüm!”, “Xameneyiyə ölüm!”, “Biz uşaq öldürən respublika olan istəmirik!” və s.

İranın gündəmini aksiyalarla yanaşı, edam xəbərləri, universitetlərdə tələbələrin tətil mitinqləri, yüzlərlə universitet müəlliminin, vəkilin, həkimin bəyanat imzalayaraq hökumətin repressiyalarını pisləməsi, həmçinin xeyli sayda jurnalistin birgə bəyanat yayaraq qadın jurnalistlər - Nilufər Hamidi və İlahə Məhəmmədinin həbsdə saxlanması və vəkillə əlaqələrinə imkan verilməməsi də daxil olmaqla, əsas hüquqlarının təmin olunmamasını tənqid etməsi kimi məsələlər zəbt edib. Qısa haşiyə çıxıb qeyd edək ki, Nilufər Həmidi baş örtüyünü düzgün örtmədiyinə görə polis nəzarətində olan zaman komaya düşən Məhsa Əminin valideynlərinin Tehran xəstəxanasında qucaqlaşdıqlarını çəkən jurnalistdir. Məhz onun Twitter-dəki bu fotosu hadisə ilə bağlı ilk xəbər olub. Jurnalist İlahə Məhəmmədi Əmininin ölkəni bürümüş kütləvi etirazların başladığı doğma şəhəri olan Saqqızda dəfn mərasimini işıqlandırıb.

Narazı insanlar etirazlarını mollanın libasını yandırmaq, mollalarının əmmaməsini başından vurub tullamaq və digər yollarla bildirilər. Bu sırada, eyni zamanda Qumda narazı xalqın Xamneyi və Xomeyninin böyük şəklinə qanı simvolizə edən qırmızı rəng səpməsini, Astara və Rəşt şəhərlərində etirazçıların hökumət qüvvələrini meydandan qovub çıxarmasını, Təbriz İncəsənət Universitetində tələbələrin Xameneyinin adını tualetdəki unitazlara yazmasını, etiraz aksiyasının iştirakçılarının Bəlucistandakı tranzit yolunu bağlamasını, Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxanı isə məsciddən evinə qayıtdığı vaxt naməlum gənclər tərəfindən döyülməsini və s. qeyd etmək olar.
“İranın xarici siyasətində buraxılan ciddi səhvlər yaxşı nəsə vəd etmir”

İrandakı vəziyyətin getdikcə gərginləşəcəyinin qaçılmaz şəkil alacağını proqnozlaşdırmaq mümkündür. Çünki hakimiyyətin günlərdir həyata keçirdiyi repressiyalar xalqın mübarizə əzmini qıra biməyib. Tam əksinə, hazırda İran hakimiyyəti bütün qüvvəsi ilə baş verənləri gizlətməyə çalışsa da, tarixdə özünün ən gərgin dövrünə qədəm qoymaqda, aksiyaların isə bütün əyalətləri bürüməsi reallığı ilə baş-başa qalıb.

Beynəlxalq qurumların hesabatlarına, İranda sosial şəbəkələr vasitəsilə yayılan məlumatlarda bu ölkədəki insan haqlarının durumunu, həmçinin vəziyyətin necə vahiməli olduğunu aydın görmək mümkündür. Belə ki, son məlumatlara əsasən, İranda həbsdə olan jurnalistlərin sayı 43 nəfərə çatıb (Sərhədsiz Reportyorlar Təşkilatı).

İran İnsan Haqları Təşkilatı yaydığı məlumatda 17 sentyabrdan davam edən etiraz nümayişlərində 50-i uşaq olmaqla 321 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü açıqlayıb. Məlumatda 14 823 nəfərin saxlanıldığı, bunlardan 429 nəfərinin tələbə olduğu və onlardan 1891-nin kimliyi, harada saxlanıldığının dəqiqləşdirildiyi qeyd edilib. Həmçinin, bu müddət ərzində 136 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 135 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

BMT-nin İran İslam Respublikasında insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Cavid Rəhman isə bildirib ki, uşaqlar etirazlardan qeyri-mütənasib şəkildə təsirlənib. Rəhmanın sözlərinə görə, indiyədək onlarla uşaq öldürülüb, məktəblərə hücum edilib və nümayişlərə qatılan uşaqlar həbs edilib.

Qeyd olunanlarla yanaşı, Sistan-Bəlucistanın polis komandiri Əhməd Tahiri əyalətdə baş verən qarşıdurmada xüsusi təyinatlı qüvvələrin zabiti Möhsün Rzayinin həlak olduğunu, daha 3 zabitin isə yaralandığını açıqlayıb. Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq şəhərinin millət vəkili Cəlal Mahmudzadə 6 etirazçının güllələnərək öldürülməsi haqqında məlumat verib. İranın Kərəc şəhərində baş verən iğtişaşlar zamanı Bəsic könüllü dəstəsinin üzvü öldürülüb, 5 asayiş keşikçisi yaralanıb.

Rəsmi Tehran, İranın dini lideri isə baş verənləri “öz əmmamələri” ilə ört-basdır etmək niyyətlərinə sadiq qalıblar. İstər İranın dini lideri Əli Xameneyi, istərsə də prezident İbrahim Rəisi həmişəki kimi günahı xarici qüvvələrdə, ABŞ-da axtarmaqla kifayətləniblər. İranın Müdafiə Nazirliyinin, SEPAH təmsilçiləri və digərləri xalqa hərbə-zorba gəliblər, xüsusilə gəncləri sakitliyə çağırıblar, onların aldanıldığını iddia ediblər.

İran rəsmilərinin açıqlamalarında İranın parçalanması planlarından da bəhs olunur ki, bu da diqqət çəkən məqamlar sırasındadır. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İbrahim Rzayi noyabrın 9-da İRNA-ya müsahibəsində bildirib ki, son etirazların “qısamüddətli” məqsədlərindən biri “İslam Respublikasının dəhliz imkanlarına təsir etməkdir. Rzayi həmçinin iddia edib ki, İrandakı etirazların uzunmüddətli məqsədi ölkənin parçalanmasıdır. Daxili işlər naziri Əhməd Vahidi də oxşar fikirlər səsləndirib və “düşmənlərin öz məqsədlərinə çatmaq üçün son aksiyaları etnikləşdirmək istəyirlər”,-deyə, iddia edib. Oxşar açıqlama ilə İran ordusunun baş komandanı Əmir Seyid Əbdülrəhim Musəvi və başqaları da çıxış edib və etiraz aksiyalarının məqsədinin İranın parçalanmasına yönəlmiş hərəkət olduğu iddia edilib.
“İranın xarici siyasətində buraxılan ciddi səhvlər yaxşı nəsə vəd etmir”

Görünən odur k, İrandakı rejim ölkədəki gərginliyi ənənəvi formada kənarda axtarmaqla əsl həqiqəti gizlətmək niyyəti güdür. Həqiqət budur ki, İran xalqı, buradakı digər xalqların nümyəndələri əvvəlki kimi yaşamaq istəmir...

Tutaq ki, aksiyalar İran rəsmilərinin iddia etdiyi kimi, hansısa qüvvə tərəfindən idarə olunur. Bəs, bu aksiyalara zəmin verən hadisəni kim törədib? İranın əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümünə məgər xarici qüvvə bais olub? Məhz bu hadisədən sonra qadınlar sərt geyim qaydalarına və onu tətbiq edənlərə qarşı müqavimət əlaməti kimi hicablarını yandırmayıbmı? İndiki aksiyalar bu hadisədən alovlanmayıbmı? İranda bütövlükdə insanların, eyni zamanda digər xalqların hüqüqlarını analoqu olmayan formada məhdudlaşdıran xarici qüvvədir? Deməli, əsl günahkarı İran xalqı artıq görməkdədir.

Aksiyalardan öncə də İranda demokratiya və insan hüquqları ilə bağlı danışmağın yersiz olduğu məlum idi. Fəqət aksiyalar İranda bu sahədəki vəziyyəti daha da mürəkkəbləşdirib. Hər küncdə casus ovuna çıxan İranda 24 yaşlı İspaniya vətəndaşı Ana Banir İranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və hazırda qeyri-müəyyən şəraitdə saxlanılır. Bəluç fəalların yaydığı məlumata görə, Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində daha 5 etnik bəluç edam edilib. Azərbaycanlı vəkil Qasım Bodi həbsindən 4 həftə keçməsinə baxmayaraq, Təbriz zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır. İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Ərdəbil, Şiraz və Bircənd şəhərlərinin zindanlarında 8 məhkum edam edilib. Onlar bilərəkdən adam öldürməkdə və narkotik maddələrin satışında ittiham olunduqları üçün edam cəzasına məhkum edilmişdilər. Siyahını daha da genişləndirmək mümkündür. Amma necə deyərlər görünən dağa bələdçi lazım deyil...

Qərb mətbuatında, nüfuzlu siyasi ekspertlərin İranla bağlı fikirlərinin ana xəttini Rusiyaya silah ixracına görə İran rejiminə qarşı yeni sanksiyaların tətbiqi, İran neftinin qara bazar vasitəsilə ixracının daha ciddi şəkildə qarşısının alınması və rejimin iqtisadi cəhətdən çökdürülməsi İran xalqına rejimi daha tez devirmək üçün mühüm yardımlar təşkil edir.

İranın xarici siyasətində buraxılan ciddi səhvlər də molla rejiminə yaxşı nəsə vəd etmir. Və bu, nəticəsiz ötüşməyəcək. Əvvəllər İran özünün düşməni kimi ABŞ-ı və İsraili görürdüsə, indi bütün dünyaya o gözlə baxır, hətta öz yaxın qonşu ölkələri ilə belə münasibətləri pozan siyasət yürüdür. Bu isə molla rejimin affekt vəziyyətinə düşdüyünü isbatlayır...

Elman Babayev
Əməkdar jurnalist

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
İranda etirazçılar dövlət binalarına daxil oldu
backend
İranın Təhlükəsizlik Nazirliyi aksiyalarla bağlı bəyanat yaydı
backend
İrandakı etirazlar 5 sualda - İNCƏLƏMƏ...
backend
İran xalqını ayağa qaldıran ölüm... - Etirazlar davam edir+Video
backend
Bakıda Rəşt-Astara dəmir yolunun tikintisi üzrə üçtərəfli görüş keçiriləcək
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 065

XƏBƏR LENTİ

Ermənistan hökuməti istefaya gedir – Paşinyan açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2430 Tem
Sura Mirac Abbassoy: “Gələcəkdə Azərbaycan bayrağı altında güləşəcəyəm” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2230 Tem
Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri geri çağırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0330 Tem
Habil Əliyevin adı Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5930 Tem
Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4730 Tem
İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4230 Tem
Türkiyə meşə yanğınları ilə mübarizə aparır: Antalya və Muğladan dəhşətli görüntülər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1330 Tem
Şəmkir xəstəxanasında vətəndaşla ünsiyyət niyə problemə çevrilib? – Baş həkimin katibəsinin davranışı ilə bağlı ciddi narazılıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3930 Tem
Bakıda və bölgələrdə güclü külək gözlənilir – XƏBƏRDARLIQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2630 Tem
Firudin Məmməd oğlu İbrahimov – səmərəli idarəetmə və peşəkar fəaliyyət prinsiplərinin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2730 Tem
Təhsilin inkişafında hazırlıq kurslarının rolu və Həsənova Gülnarənin rəhbərlik fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4229 Tem
Sabunçuda boşanmaq istəyən qadının bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5329 Tem
Araz çayında batmaq təhlükəsi ilə üzləşən gənc xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4229 Tem
Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı reportajı paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3729 Tem
Milli Qvardiyanın ilk komandanı Azər Babayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3329 Tem
Bu ilin 700 bal toplayan yeganə abituriyenti məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2729 Tem
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0829 Tem
Sertifikasiya imtahanlarının apellyasiya nəticələri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5229 Tem
Şavkat Mirziyoyev Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3229 Tem
İlham Əliyev "Aviasiya haqqında" qanuna dəyişiklikləri təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1729 Tem
Livan-İsrail danışıqları ABŞ-İran münasibətlərinə təsir edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1329 Tem
Tağıyeva Jalə – Təhsilin inkişafına məsuliyyətlə xidmət edən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0228 Tem
Təcili: İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4728 Tem
XİN-dən Mariya Zaxarovaya sərt cavab: "Reallıq təhrif olunur" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3628 Tem
Güclü külək Bakıda 48 ağacı aşırdı, qadın xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2528 Tem
Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2228 Tem
U17 dünya çempionatı: Bu gün 5 Azərbaycan güləşçisi final uğrunda mübarizə aparacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5428 Tem
Çoxlarının bilmədiyi fakt: "Yamal" Lamin Yamalın soyadı deyil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2628 Tem
Putin Rusiya Silahlı Qüvvələrinin yeni ştat sayını təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1228 Tem
Qubada ağır qəza: 29 yaşlı sürücü hadisə yerində həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0528 Tem
SOCAR qazma işlərini 32,3% artırdı – Yeni hasilat göstəriciləri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5828 Tem
DÇ-2026-nın final hakimi karyerasını başa vurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5128 Tem
Prezident Türkiyədəki Azərbaycan baş konsullarının yeri dəyişdirildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5727 Tem
İşçilərin pay və səhm əldə etməsi ilə bağlı yeni qaydalar təsdiqləndi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:5227 Tem
Prezident yeni qanunu təsdiqlədi: İşçilər şirkətdə pulsuz pay və səhm əldə edə biləcəklər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4627 Tem
94 saylı uşaq bağçasında nə baş verir? Valideynlər etiraz edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3227 Tem
Güclü külək Bakıda iki nəfərin xəsarət almasına səbəb olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4227 Tem
Dövlət Gömrük Komitəsində yeni təyinat – Şahin Bağırov əmr imzaladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3227 Tem
Bakı-Sabunçu istiqamətində qatarların hərəkətində gecikmə yaşandı – SƏBƏB AÇIQLANDI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2227 Tem
İran ABŞ-yə xəbərdarlıq etdi: "Münaqişənin coğrafiyası daha da genişlənəcək" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0027 Tem
"Qarabağ"ın təşkil etdiyi media turnirinin qalibi bəlli oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5727 Tem
Həsənzadə Elvin – Gəncə şəhərinin memarlıq inkişafına töhfə verən peşəkar rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1827 Tem
Gülnar Rəşidova – Musiqi təhsilinin inkişafına dəyərli töhfələr verən nümunəvi rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0526 Tem
Elbrusda altı alpinist kömək istədi: Xilasetmə əməliyyatı başladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0626 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə