• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Səhiyyə Nazirliyindən yayılan virusla bağlı - Açıqlama [xfvalue_red]

9 Ock, 23 - 13:14

Səhiyyə Nazirliyindən yayılan virusla bağlı - Açıqlama


Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bir müddətdir əhali arasında müşahidə olunan respirator viruslarla bağlı sualları cavablandırıb.

Həmin müsahibəni təqdim edirika:

- Bildiyiniz kimi, dünyanın təxminən 30 ölkəsində koronavirusun yeni ştamı "Omicron XBB.1.5" yayılıb…

- Koronavirus (COVID-19) pandemiyası artıq 3 ilə yaxındır ki, davam edir. Son vaxtlar dünyanın əksər ölkələrində yeni yoluxma və ölüm hallarının azalması müşahidə edilməsinə baxmayaraq, beynəlxalq ekspertlər hələ də təhlükənin tam aradan qalxmadığı qənaətindədirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, virus durmadan mutasiya edərək dəyişir, yəni əvvəlki ştamlardan fərqli xüsusiyyətlər kəsb edir.

Epidemioloji qanunlara görə, virusun yeni variantı həyat qabiliyyətlidir. Eyni zamanda, virusun yayılma sürətinin artması ilə yanaşı onun patogenliyi azalmış olur. Bunu Omikron ştamının timsalında müşahidə edirik. Lakin yaddan çıxarmaq olmaz ki, istisnalar da mümkündür və vaxtilə dominant olmuş Delta ştamı buna sübutdur. Pandemiyanın son bir ilində Omikron ştamı peyda oldu və virusun bu variantı qeyd etdiyimiz qanunauyğunluğa müvafiq olaraq daha sürətli yayılaraq, qısa müddət ərzində çoxsaylı insanın yoluxaraq xəstələnməsinə və beləliklə kütlə immunitetinin formalaşmasına səbəb oldu.

Qeyd olunduğu kimi, artıq 30-ya yaxın ölkədə məhz Omikron XBB. 1.5 alttip yayılmaqdadır. Yeni yarandığı üçün hələlik bu ştam haqqında bilgilər məhduddur. Qeyd olunur ki, Omikronun digər variantları ilə müqayisədə daha sürətli yayılmaq xüsusiyyətinə malik olsa da, xəstəlik törətmək qabiliyyətinə görə bir o qədər də fərqlənmir. Müxtəlif ölkələrdə virusa qarşı fərqli immunlaşma səviyyəsi mövcud olduğundan bu variantın bütün ölkələrdə yeni bir dalğaya səbəb olacağını proqnozlaşdırmaq çətindir. Ehtimal var ki, məhz kütləvi immunitetin aşağı olan ölkələrdə biz bunu müşahidə edəcəyik.

- Bəs ölkəmizdə bu ştamla əlaqədar vəziyyət necədir?

- Hazırda Omikron XBB. 1.5 ştamının Azərbaycanda yayılmasının təsdiqi yoxdur. Bu virus variantı əksərən yüngül, fəsadsız xəstələnmə halları törətsə də, koronavirusa qarşı immuniteti olmayan və ya müxtəlif səbəblərdən zəifləmiş immunitetə malik, o cümlədən ağır xroniki xəstəlikləri olan və yaşlı insanlara ehtiyatlı olmalarını tövsiyə edirik. Ona görə də əhaliyə, xüsusən də risk qrupuna aid edilən şəxslərə sayıqlığı əldən verməmək, sıx təmasları mümkün qədər azaltmaq və vaksinasiyanı tamamlamaq tövsiyə olunur.

- Son günlər bəzi vətəndaşlar baş ağrısı, yüksək hərarət, öskürəklə bağlı şikayətlər edirlər. Bu virus əlamətidirmi? Qabaqlayıcı tədbir kimi nə məsləhət görərdiniz?

- Son günlər əhali arasında hərarət, baş ağrıları, ümimi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və ya tutulması kimi və s. əlamətlərlə müşayət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir. Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılmaqdadır.
Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Belə ki, bu mövsümdə indiyənədək ölkə ərazisində donuz qripi virusu aşkarlanmayıb. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır. Bildirilir ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir. Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni, hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil. Yoluxmadan qorunmaq tədbirləri hava-damçı yolu ilə yayılan bütün infeksiyalar (qrip, koronavirus, digər respirator viruslar) üçün eynidir. Təsadüfi deyil ki, sərt karantin tədbirlərinin tətbiq olunduğu dövrlərdə qrip və bu tip virus infeksiyaların da yayılma səviyyəsinin azalması müşahidə olundu. Beləliklə, viruslara qarşı əvvəllər əldə edilmiş, o cümlədən çarpaz immunitet son dövrlərdə yenilənmədiyi üçün müəyyən qədər zəiflədi. Buna görə də məhdudiyyətlərin aradan qaldırılması zamanı mövsümü infeksiyalara yoluxma hallarının artması gözlənilən idi.

Son 3 ildə infeksiyadan qorunmaq üçün əhali arasında “koronavirus davranışı”, yəni təmasların sayının məhdudlaşdırılması, qapalı məkanlarda, ictimai nəqliyyatda maskanın geyilməsi, əl və respirator gigiyena qaydalarına əməl olunması, otaqların tez-tez havalandırılması, düzgün qidalanma və sağlam həyat tərzi vərdişləri formalaşıb. Risk qrupuna daxil olan şəxslərin qripə qarşı peyvənd olunması israrla tövsiyə olunur. Bunun üçün ərazi üzrə klinikaya müraciət etməlisiniz.

- Ev şəraitində respirator viruslardan qorunmaq üçün nələrə diqqət edilməlidir?

- Ev şəraitində respirator virus infeksiyalarından özünüzü və yaxınlarınızı qorumaq üçün bu virusa yoluxmuş şəxsin ailə üzvlərinin olduğu məkandan vaxtında təcrid etmək vacibdir. Həmçinin, otaqların tez-tez havalandırılması və xəstə ilə, ələxsus uşaqların, hamilə qadınların, yaşlı və ağır xroniki xəstəlikləti olanların təmaslarının tamamilə istisna edilməsi, xəstənin toxunduğu səthlərin mütəmadi antiseptiklərlə zərərsizləşdirilməsi tövsiyə olunur. Eyni zamanda, xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, geçikmədən həkimə müraciət edilməsi zəruridir.

- Bəs hansı əlamətləri insanlar özlərində hiss etdikləri zaman həkimə müraciət etməlidirlər?

- Qrip istisna olmaqla, bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştah yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir. Lakin xəstəliyin, xüsusən də qeyd olunan risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür.

Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşun pozulması əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayət olunan güclü baş ağrıları, nevroloji defisit və s. rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Bu əlamətlər xəstəliyin ağır gedişini və müxtəlif ağırlaşmaların inkişaf etdiyini göstərir. Risk qruplarına daxil olan şəxslər isə qeyd edildiyi kimi baş verə biləcək hansısa bir ağırlaşmanın vaxtında aşkar olunması və müalicəsi məqsədilə xəstəliyin ilk günündən etibarən ciddi həkim nəzarəti altında olmalıdırlar.

Hər birimiz qeyd olunan tövsiyələrə əməl etməklə özümüzü və yaxınlarımızı bu xəstəliklərdən, onların əlverişsiz gedişatından sığortalaya bilərik.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir?
backend
“Soyuq havalarda yoluxma arta bilər” – Təyyar Eyvazov
backend
Koronavirus pandemiyası nə vaxt bitəcək? - Həkim açıqladı
backend
Azərbaycanda karantin tətbiq olunacaq? - AÇIQLAMA
backend
“Qapalı məkanlarda maska taxın, təmasları azaldın” - Rəsmi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 067

XƏBƏR LENTİ

Valideynlərdən 277 nömrəli körpələr evi–uşaq bağçasının müdiri Aygün Allahverdiyevaya təşəkkür və minnətdarlıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4931 Tem
Günel Hacıyeva – uşaqların inkişafına və keyfiyyətli məktəbəqədər təhsilə töhfə verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4631 Tem
Çolpon-Atada Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3431 Tem
Nizami Tibb Mərkəzinin mətbuat katibi vəzifəsindən ayrılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3231 Tem
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:1531 Tem
Qırğızıstanda Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2731 Tem
Ehtiyatda olan polkovnik Şahrəddin Balacanov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1031 Tem
Prezident İlham Əliyevin Qırğızıstanda rəsmi qarşılanma mərasimindən fotolar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0831 Tem
"Zirə" Konfrans Liqası ilə vidalaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0531 Tem
Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gedib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2731 Tem
Lerikdə faciə: 59 yaşlı kişi eyvandan yıxılaraq həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2331 Tem
Yevlaxda 16 yaşlı məktəbli faciəvi şəkildə həyatını itirdi – Atası: "Qızımın arzuları yarımçıq qaldı" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1131 Tem
Ermənistan hökuməti istefaya gedir – Paşinyan açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2430 Tem
Sura Mirac Abbassoy: “Gələcəkdə Azərbaycan bayrağı altında güləşəcəyəm” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2230 Tem
Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri geri çağırıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0330 Tem
Habil Əliyevin adı Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:5930 Tem
Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsindən azad edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4730 Tem
İlham Əliyev Dünya Güləş Birliyinin prezidenti ilə görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4230 Tem
Türkiyə meşə yanğınları ilə mübarizə aparır: Antalya və Muğladan dəhşətli görüntülər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1330 Tem
Şəmkir xəstəxanasında vətəndaşla ünsiyyət niyə problemə çevrilib? – Baş həkimin katibəsinin davranışı ilə bağlı ciddi narazılıq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3930 Tem
Bakıda və bölgələrdə güclü külək gözlənilir – XƏBƏRDARLIQ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2630 Tem
Firudin Məmməd oğlu İbrahimov – səmərəli idarəetmə və peşəkar fəaliyyət prinsiplərinin təcəssümü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2730 Tem
Təhsilin inkişafında hazırlıq kurslarının rolu və Həsənova Gülnarənin rəhbərlik fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4229 Tem
Sabunçuda boşanmaq istəyən qadının bıçaqlanması ilə bağlı yeni təfərrüatlar məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5329 Tem
Araz çayında batmaq təhlükəsi ilə üzləşən gənc xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4229 Tem
Hikmət Hacıyev Şuşa həbsxanası ilə bağlı reportajı paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3729 Tem
Milli Qvardiyanın ilk komandanı Azər Babayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3329 Tem
Bu ilin 700 bal toplayan yeganə abituriyenti məlum oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2729 Tem
Ceyhun Bayramov Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0829 Tem
Sertifikasiya imtahanlarının apellyasiya nəticələri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5229 Tem
Şavkat Mirziyoyev Azərbaycanın yeni səfirinin etimadnaməsini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3229 Tem
İlham Əliyev "Aviasiya haqqında" qanuna dəyişiklikləri təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1729 Tem
Livan-İsrail danışıqları ABŞ-İran münasibətlərinə təsir edə bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1329 Tem
Tağıyeva Jalə – Təhsilin inkişafına məsuliyyətlə xidmət edən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0228 Tem
Təcili: İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4728 Tem
XİN-dən Mariya Zaxarovaya sərt cavab: "Reallıq təhrif olunur" [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:3628 Tem
Güclü külək Bakıda 48 ağacı aşırdı, qadın xəsarət aldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2528 Tem
Nəriman Həsənzadənin səhhəti yenidən ağırlaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:2228 Tem
U17 dünya çempionatı: Bu gün 5 Azərbaycan güləşçisi final uğrunda mübarizə aparacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5428 Tem
Çoxlarının bilmədiyi fakt: "Yamal" Lamin Yamalın soyadı deyil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2628 Tem
Putin Rusiya Silahlı Qüvvələrinin yeni ştat sayını təsdiqlədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1228 Tem
Qubada ağır qəza: 29 yaşlı sürücü hadisə yerində həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0528 Tem
SOCAR qazma işlərini 32,3% artırdı – Yeni hasilat göstəriciləri açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5828 Tem
DÇ-2026-nın final hakimi karyerasını başa vurdu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5128 Tem
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə